Adı “Forbes”ə düşən ukraynalı sahibkar raket hücumu nəticəsində həlak olub - FOTO

Ukraynanın Nikolayev vilayətinə raket hücumu nəticəsində "Nibulon" aqrar şirkətinin baş direktoru Aleksey Vadaturski və onun həyat yoldaşı həlak olub.
TNS bu barədə strana.ua saytına istinadən xəbər verir.
Məlumatı Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak təsdiqləyib.
O müharibə başlayandan sonra dostlarının və yaxınlarının təkidlərinə baxmayaraq, Nikolayevi tərk etməyib. Raket biznesmenin evinə düşüb.
“Gecə Nikolayevin atəşə tutulması nəticəsində Ukrayna Qəhrəmanı, “Nibulon” şirkətinin baş direktoru Aleksey Afanasyeviç Vadaturski və onun həyat yoldaşı Raisa Mixaylovna Vadaturskaya faciəvi şəkildə həlak olublar. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - Yermak deyib.
2020-ci ilin iyununda "Forbes Ukraine" jurnalı Vadaturskinin sərvətini 450 milyon dollar qiymətləndirib. 2007-ci ildə o, "Ukrayna Qəhrəmanı" adına layiq görülüb.
Vilayətin qubernatoru Vitali Kim bildirib ki, Nikolayevə səhər və gecə hücumları nəticəsində otelə, iki təhsil müəssisəsinə, idman kompleksinə, texniki xidmət stansiyasına və yaşayış binalarına ziyan dəyib.