Close

Türk aviaşirkəti Rusiyaya bütün reysləri ləğv edib

Türk Hava Yolları Antalya, Dalaman və Bodrum kurort şəhərlərindən bu gün Rusiyaya planlaşdırılan bütün reysləri ləğv edib.

TNS xəbər verir ki, bu barədə RİA Novosti turizm sənayesindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, qərar Rusiya hava limanlarında uçuşların təxirə salınması və ləğv edilməsi ilə bağlıdır - Antalyadan Moskva və Sankt-Peterburqa ən azı 16 reys təxirə salınıb.

Agentlik qeyd edib ki, Türkiyənin Pegasus aviaşirkəti Rusiyaya uçuşların ləğvi barədə hələlik açıqlama verməyib.