Yanukoviç və Əsəd paradda iştirak edəcək?
11
14:10 - 07 May 2025

Kreml Rusiyada yaşayan sabiq dövlət rəhbərlərini Qələbə paradına dəvət etməyi planlaşdırmır.
TNS xəbər verir ki, bunu gazeta.ru-nun sualını cavablandıran prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
"Xeyr, belə plan yoxdur",- Peskov bildirib.
Qeyd edək ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və Suriyanın devrilmiş lideri Bəşər Əsəd Rusiyada yaşayır.