Close

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.

TNS xəbər verir ki, bu barədə “ARY News”a Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Vurğulanıb ki, hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.

KİV-in məlumatına görə, Bahavalpurda dörd partlayış qeydə alınıb, vətəndaşlar təşvişə düşərək evlərindən çıxıblar.