Close

Zaxarova Simonyanın ittihamlarına cavab verdi

"Ermənistan parlamentinin spikeri Alen Simonyanın bəyanatı anlaşılmazlıq doğuran yeni bir aqressiv ritorika dalğasıdır".

TNS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinq zamanı NEWS.ru-nun sualını cavablandırarkən deyib.

Rusiya XİN rəsmisi Ermənistan Parlamentinin sədri Alen Simonyanın Moskvaya qarşı "hibrid müharibə" və respublikada daxili siyasi proseslərə maliyyə dəstəyi ittihamları ilə bağlı açıqlama verib.

"Ermənistan rəhbərliyinə qarşı hansı hibrid müharibədən danışmaq olar ki, bizim anladığımız qədəri ilə, Ermənistan burada tədbirlərdə ən yüksək səviyyədə iştirak edəcək?", - deyə Zaxarova təəccüblənib.

Rusiya XİN nümayəndəsi həmçinin iki ölkə arasında ali səviyyədə və xarici işlər nazirlikləri səviyyəsində davamlı əlaqələrin olduğunu vurğulayıb, eləcə də həm siyasi, həm də iqtisadi müstəvidə əməkdaşlıqdan söhbət getdiyini bildirib.

"Ermənistan spikerinin açıqlamaları bu mövqe ilə uzlaşmır. Məncə, onlar bu mövzuda ümumi mövqe formalaşdırmalıdırlar. Adını çəkdiyiniz şəxs isə öz yanaşmasında dəyişikliklər etməli, kimlərinsə təhriki ilə əsassız bəyanatlar verməməlidir. Əgər ortada hibrid müharibə varsa, o zaman kimsə hər hansı bir fakt, sübut gətirsin. Əks halda bu, Brüsselin təlimat kitabçası üzrə atılmış bir addımdır", - deyə Zaxarova qeyd edib.