Close

Adlarını səhv saldılar- Təhlükəli cinayətkar sərbəst qaldı

Fransada bir həftəyə yaxındır ki, səhvən həbsdən çıxan cinayətkar axtarılır.

TNS xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Bordo prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, xüsusilə təhlükəli zorakılıq cinayətinə görə 11 il cəza çəkən 25 yaşlı gənc Fransadan Mərakeşə deportasiya edilməli olan digər məhbusun əvəzinə Qradinyan kommunası həbsxanasından azad edilib.

Həbsxana rəhbərliyi məhbusların oxşar adlarını qarışdırıb.

Hazırda səlahiyyətlilər hadisə ilə bağlı araşdırma aparır. Cinayətkar axtarışa verilib və onun barəsində Avropa İttifaqının bütün ölkələrində keçərli olan həbs qərarı verilib.