Close

Dudanın Trampdan xahişi: təzyiqi artırın

Polşa Prezidenti Anjey Duda amerikalı həmkarı Donald Trampdan Rusiya və onun lideri Vladimir Putinə təzyiqi artırmağı xahiş edib.

TNS xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ Rusiyanı müəyyən tədbirlərə məcbur etmək üçün müxtəlif iqtisadi alətlərdən istifadə edə bilər.

"Əgər kimsə Vladimir Putini sülh bağlamağa məcbur edə bilərsə, bu, Amerikadır, ABŞ prezidentidir. ABŞ prezidentinin Rusiyanı geri çəkilməyə məcbur etmək imkanı var. Bu vasitələrdən bəziləri çox radikal və sərt ola bilər. Düşünürəm ki, prezident Donald Tramp onları həyata keçirməyə qadirdir", - Duda bildirib.

Qeyd edək ki,  Polşanın Baş naziri Donald Tusk bir sıra Avropa liderlərinin mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına səfərini qəbuledilməz adlandırıb