Close

18:20
06 May 2025

İlon Mask dünyanın necə dağılacağını deyib

Günəş zamanla genişlənəcək və Yerdəki həyat məhv olacaq.

TNS xəbər verir ki, bunu SpaceX və Tesla-nın rəhbəri İlon Mask deyib.

O, Günəşin getdikcə böyüyərək Yeri yandıracağını və bu səbəbdən də bəşəriyyətin digər planetlərə yayılmalı olduğunu bildirib.

Maskın fikrincə, kosmos koloniyalarının qurulması artıq bir seçim deyil, zərurətdir və müxtəlif planetlərdə, xüsusilə Marsda məskunlaşmanı prioritet etmək lazımdır.