Yeni Suriyanın yeni üzü - VİDEO

Suriya Prezidenti Əhməd Əl Şaara və xarici işlər naziri Əsəd Həsən Şeybani paytaxt Dəməşqdə gərgin iş qrafiki fonunda yorğunluqlarını atmaq üçün basketbol oynayıblar.
TNS xəbər verir ki, Suriya rəhbərliyinin qeyri-adi görüntüləri gündəmi zəbt edib.
Prezident və nazirin gecə saatlarında paytaxtda tamaşaçısız keçirilən basketbol matçı yeni Suriyanın təsviri hesab olunur.
Qeyd edək ki, Bəşər Əsəd rejiminin sona çatmasından sonra Suriya tarixinin ən kritik keçid dövrlərindən birinə daxil olub. Yeni administrasiya ölkəni vətəndaş müharibəsinin dağıdıcı təsirlərindən çıxarmaq, onu demokratik və sabit struktura qaytarmaq məqsədi ilə yeniliklər etməyə çalışır.