Close

15:11
06 May 2025

Bu gecə Moskvanı iflic edən PUA-lar

Ukrayna Silahlı Qüvvələri “Lyutı” pilotsuz uçuş aparatları ilə Moskva və Moskva vilayətinə hücum edib.

TNS xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarələr bir-birindən qısa məsafədə dəstə-dəstə uçub. Onlardan bəziləri Moskvaya və Kaluqa bölgəsinə yaxınlaşarkən məhv edilib.

“Lyutı” tipli pilotsuz uçan aparat 1000 km-ə qədər məsafədə uçmaq və 50 kq-a qədər yüksək partlayıcı yüklü döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.

Moskva meri Sergey Sobyanin bildirib ki, Kaşirskoye şossesində vurulan Ukrayna pilotsuz təyyarələrindən birinin qalıqları tapılıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mayın 6-na keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın regionları üzərində, o cümlədən 19-u Moskva vilayəti olmaqla, 105 Ukrayna pilotsuz təyyarəsini vurub.

Pilotsuz təyyarələrin hücumu təhlükəsi ilə əlaqədar Rusiyanın beş hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Gecə saatlarında digər şəhərlərdən Moskvaya uçan ən azı on təyyarə paytaxtın hava qovşaqlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən Nijni Novqorod və Sankt-Peterburq hava limanlarına enməyə yönləndirilib.