Close

Hakerlər İsrailin proqram təminatı şirkətinə hücum ediblər

Hakerlər İsrailin proqram təminatı şirkəti olan "TeleMessage"in sistemlərinə hücum edib.

TNS bu barədə "404 Media" portalına istinadən xəbər verir.

"TeleMessage" ABŞ-yə "Signal" və digər mesencer proqramların modifikasiya edilmiş versiyalarını satır.

Qeyd olunur ki, hakerlərin hücumu nəticəsində məşhur proqramların modifikasiyalarından istifadə edilməklə yaradılmış mesajların və qrup çatlarının məzmunu sızdırılıb.

Söhbət "Signal", "Telegram", "WeChat" və "WhatsApp"ın dəyişdirilmiş versiyalarından gedir.