İran prezidentinin oğlu "Traktor"un azarkeşlərini müdafiə etdi - FOTO

İran Prezidenti Məsud Pezeşkianın oğlu, Prezident Administrasiyasının rəhbərinin müavini və media üzrə köməkçisi Yusif Pezeşkian dünən Təbrizin futbol komandası "Traktor"un azarkeşlərinə qarşı səsləndirilən ittihamlara sərt reaksiya verib.
TNS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Yusif Pezeşkian bu barədə özünün "X" hesabında yazıb.
"Psixologiya üzrə ixtisasım yoxdur, ancaq hesab edirəm ki, stadionlarda bəzi baş verənlər psixoloji cəhətdən araşdırılmalıdır və cəmiyyətin öz həyəcanı və enerjisini boşaltması ilə bağlıdır. Azarkeşlərə "pantürkist" və "separatçı" damğası vurmaq strateji səhvdir", - deyə Y.Pezeşkian qeyd edib.