Silahlı şəxslər polislərə hücum edib, ölənlər var - YENİLƏNİB

Mahaçqalada yol polisi patruluna hücum zamanı iki polis əməkdaşı həlak olub, daha ikisi isə xəsarət alıb.
TNS xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilir ki, yaralı polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər.
Daha əvvəl verilən məlumatda ilkin olaraq üç polis əməkdaşının öldüyü bildirilirdi.
18:17
Mahaçqalada yol polisi patruluna hücum edən silahlılardan biri birbaşa onu videoya çəkən şəxsi nişan alıb.
Bu barədə TNS Rusiya KİV-ə istinadən xəbər verir.
Son məlumata görə, atışma nəticəsində üç polis əməkdaşı həlak olub. Hücum edənlərdən ikisi məhv edilib, daha ikisi isə xidməti maşınla qaçıb.
Xəstəxanaya yeddi nəfər çatdırılıb, onlardan birinin 12 yaşlı qız olduğu bildirilir. Yaralılardan biri xəstəxanada ölüb.
16:45
Mahaçqalada naməlum şəxslərin polis ekipajına hücum etməsi nəticəsində 3 polis əməkdaşı həlak olub.
TNS xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, Mahaçqalada polis ekipajına hücumu 4 silahlı həyata keçirib. Onlardan ikisi məhv edilib, daha ikisi isə polis maşını ilə cinayət yerindən qaça bilib.
Silahlıların qaçdığı avtomobili Kamaeva küçəsində tapılıb.
16:20
Mahaçqalada naməlum şəxslər polislərə hücum ediblər.
TNS Rusiya mediasına istinadən xəbər verir ki, hücum nəticəsində iki polis əməkdaşı həlak olub.
Hücum edən silahlı şəxslərdən biri öldürülüb, digər isə qaçıb gizlənib.
Onun tutulması istiqamətində tədbirlər görülür.