Trampın “qovduğu” alimlərə Fransa sahib çıxacaq

Fransa hökuməti ABŞ-də elmi tədqiqatların maliyyələşdirilməsinin kəsilməsi fonunda amerikalı alimlərin ölkədə qəbulu üçün 100 milyon avro ayırmaq niyyətindədir.
TNS xəbər verir ki, bunu Respublika Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, Avropa alimlər üçün sığınacaqa çevrilməlidir.
"Məqsəd namizədlərin keyfiyyətini nəzərə alaraq lazım olan qədər tədqiqatçıdır. Doktorantlardan və kiçik professorlardan tutmuş Nobel mükafatçılarına qədər”,- Makron bildirib.
Aİ ölkələri və Böyük Britaniya ABŞ administrasiyasının dövlət xərclərini azaltmaq siyasəti fonunda xeyli sayda ABŞ alimlərinin Avropa tədqiqat və təhsil müəssisələrində işləmək üçün köçməsini gözləyir.