Şahzadəyə qarşı sui-qəsd- Ailəm başqa ölkələrlə sövdələşmə edib

"Mənə qarşı sui-qəsd hazırlanıb".
TNS xəbər verir ki, Böyük Britaniya kralının kiçik oğlu Şahzadə Harrinin bu sözlərini “The Daily Beast” sitat gətirib.
Harri anası şahzadə Diananın öldüyünə dair sui-qəsd nəzəriyyəsinə eyham vuraraq, onun taleyini yaşamaqdan qorxduğunu etiraf edib.
"Mən bu mərhələdə təfərrüatları paylaşmayacağam. Amma bu prosesdə iştirak edən bütün insanların adlarını bilirəm", - şahzadə deyib.
Sasseks hersoqu həmçinin Britaniya kral ailəsini onu təhlükəyə atmaq üçün başqa ölkələrin başçıları ilə sövdələşmədə ittiham edib.
"Düşünürdüm ki, hazırda davam edən bütün mübahisələr və xaosa baxmayaraq, güvənə biləcəyim yeganə şey məni qoruyacaq ailəmdir. Lakin onlar təkcə mənim təhlükəsizliyimi aradan qaldırmaq qərarına gəlmədilər, həm də dünyanın hər bir hökumətinə bizi qorumamaq üçün siqnal göndərdilər",- Harri qeyd edib.