Close

Bayramda internetə məhdudiyyət tətbiq olunacaq

Moskvada keçirilən bayram tədbirlərinə görə internetə giriş məhdudiyyətləri tətbiq oluna bilər.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə Vahid Dövlət Sistemi (RSChS) məlumat yayıb.

"Bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək məqsədilə internetə giriş məhdudiyyətləri tətbiq oluna bilər", - məlumatda deyilir.

Qeyd edək ki, mayın 9-da Moskvada Qələbənin 80 illiyi ilə əlaqədar parad keçiriləcək.