Close

4 qayıq aşdı: 10 ölü, 70 yaralı

Çinin cənub-qərbində güclü külək nəticəsində dörd qayıq aşıb.

TNS xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 70 nəfər isə yaralanıb.

Prezident Si Cinpin axtarış-xilasetmə işlərinin davam etdirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.