İsrail ordusu Qəzzada fəaliyyətini genişləndirir - Nazirlər Kabineti təsdiqlədi

İsrail Nazirlər Kabineti Qəzza zolağında Fələstin anklavının ələ keçirilməsini ehtimalını ehtiva edən hərbi əməliyyatı genişləndirmək planlarını təsdiqləyib.
TNS xəbər verir ki, bu barədə İsrail mediası siyasi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin təqdim etdiyi plana, Qəzza zolağının ələ keçirilməsi və ərazinin saxlanması, onu qorumaq üçün anklavın əhalisinin cənuba köçürülməsi, HƏMAS hərəkatının humanitar yardımı yaymaq imkanından məhrum edilməsi və radikallara qarşı güclü hücumların həyata keçirilməsi daxildir.
Mənbə qeyd edib ki, baş nazir Benyamin Netanyahu müzakirələr zamanı planı bəyənib və bildirib ki, bununla həm HƏMAS-ı məğlub etməyə, həm də girovları qaytarmağa nail oluna bilər.
Netanyahunun sözlərinə görə, İsrail ordusu artıq reyd üsulundan ərazini ələ keçirib onu saxlamağa keçir.