Filmlərə mövzu olan qorxunc həbsxana yenidən açılır- FOTO

ABŞ Prezidenti Donald Tramp Federal Həbsxanalar Bürosuna Kaliforniya ştatının San-Fransisko şəhərində muzeyə çevrilmiş Alkatraz həbsxanasını qatı cinayətkarlar üçün yenidən açmağı tapşırıb.
TNS xəbər verir ki, o, bu barədə “Truth” hesabında bildirib.
ABŞ-nin uzun müddətdir ki, qatı cinayətkarlarla mübarizə apardığını deyən Tramp "Keçmişdə daha ciddi bir millət ikən ən təhlükəli cinayətkarları həbs etməkdən çəkinməzdik. Bu cinayətkarlara daha dözməyəcəyik",- deyə qeyd edib.
San Fransiskonun ən əhəmiyyətli simvollarından biri olan Alkatraz adasında dünyanın ən məşhur həbsxanası kimi tanınan və bir çox filmlərə mövzu olan Alkatraz Həbsxanası da var.
Ada, ictimai turizm sahəsi kimi istifadə olunmağa başlanıldığı 1973-cü ildən bəri hər il 1,5 milyon turisti qəbul edir.
Qaçışın çox çətin olduğu həbsxana şəraitinə görə əsir düşərgəsinə bənzədilib.
Məşhur həbsxanada çəkilən filmlərdən bəziləri:
Escape from Alcatraz (Alkatrazdan qaçış)- Klint İstvud
The Rock (Qaya)- Sin Konneri, Nikolas Keyc
Murder in the First (Birinci dərəcəli qətl)- Kevin Beykon, Kristian Sleyter
Birdman of Alcatraz (Alkatraz quşçusu) - Bert Lankaster.