Close

Baş nazir istefa verdi- Sabiq nazir onu əvəzlədi

Yəmənin Baş naziri Əhməd Avad bin Mübarək istefa verib.

TNS xəbər verir ki, o, istefa ərizəsini sosial şəbəkə hesablarında paylaşıb.

Əhməd Avad bin Mübarək hökuməti yenidən formalaşdıra bilməməsi də daxil olmaqla, bir çox problemlərlə üzləşdiyini bildirərək istefa verib.

Hökumət mənbələrinin Reuters agentliyinə verdiyi məlumata görə, Mübarəkin Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi ilə səlahiyyətləri ilə bağlı fikir ayrılığı olub. Alimi Mübarəkin hökumətdəki 12 nazirin istefaya göndərilməsi tələbini rədd edib.

Onun yerinə sabiq maliyyə naziri Salem Saleh Bin Braikas təyin edilib.