Close

Moskvada güclü partlayış: ölən və yaralananlar var

Moskvanın cənub-qərbində yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsindəki mənzildə partlayış və sonradan yanğın baş verib.

TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ən azı iki nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Hazırda yanğınla mübarizə davam edir.