Close

Tramp mümkün varislərini açıqladı

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionu özünün mümkün varisləri adlandırıb.

TNS xəbər verir ki, dövlət başçısı bu barədə "NBC News"a müsahibəsində deyib.

"Bunu demək hələ tezdir, amma mənim vitse-prezidentim var. O, fantastik iş görür. Marko da əladır", - deyə Tramp sualı cavablandırıb.

Eyni zamanda, Tramp əlavə edib ki, Respublikaçılar Partiyası ölkə lideri ola biləcək və ən yüksək dövlət vəzifəsinə can atan "yaxşı insanlarla doludur".