Close

Putin mətbəxində qonaqlara qulluq etdi - VİDEO

 Rusiya Prezidenti Vladimir Putin “Rusiya. Kreml. Putin. 25 il” sənədli filmi üçün verdiyi müsahibədə ilk dəfə Kremldəki mənzilini göstərib.

TNS xəbər verir ki, onun həmin mənzilin mətbəxində jurnalist Pavel Zarubinlə söhbətindən fraqmentlər yayılıb.

Kadrlarda Rusiya liderinin soyuducudan kefir, şkafdan ağ fincanlar, masadakı qutudan isə yerli şokolodlar çıxardığı görünür. Həmçinin Putinin masasında banan, bal, souslar, ədviyyatlar və kağız salfetlər gözə dəyir.

Jurnalistin masadakılarla bağlı “Hər şey Rusiya istehsalıdır, hə?” sualına Putin “Hə. Əlbəttə” cavabını verir.