Qatarlar toqquşdu: 30-a yaxın sərnişin...
7
20:40 - 04 May 2025

Rumıniyanın Konstansa şəhərinin dəmiryol vağzalında iki qatar toqquşub.
TNS "Agerpres" agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində 28 nəfər xəsarət alıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Rumıniya Milli Dəmiryol Şirkətindən bildirilib ki, sərnişin qatarı yola düşmək üzrə ikən manevr edən digər qatarla toqquşub. Hər iki qatar texniki yoxlama üçün ehtiyat yollara çəkilib.
Nəqliyyat naziri Sorin Qrindyanu qeyd edib ki, hadisənin səbəbləri müəyyən edildikdən sonra gələcəkdə belə halların qarşısını almaq üçün təcili tədbirlər görüləcək.