Putin həyatında ilk dəfə nə vaxt diz çökdüyünü açıqladı
9
17:20 - 04 May 2025

"2002-ci ildə "Nord-Ost" teatr mərkəzi terrorçular tərəfindən ələ keçirilərkən dua etməkdən ötrü ilk dəfə diz çökmüşəm".
TNS kp.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
O, vaxtaşırı Allaha üz tutmaq arzusunun yarandığını bildirib:
"Məndə belə bir daxili ehtiyac olur. Amma yəqin ki, bütün bu səbəbləri sadalamağa dəyməz. "Nord-Ost" böhranı zamanı mən həyatımda ilk dəfə diz çökdüm".