Hindistan Pakistana gedən suyu bağladı
6
16:00 - 04 May 2025

Hindistan Pakistanla sərhəddə Çenab çayı üzərindəki Bəhlixar bəndindən axan suyu müvəqqəti dayandırıb.
TNS xəbər verir ki, bu barədə PTİ agentliyi məlumat yayıb.
Məlumata görə, Pakistan da Celam çayı üzərindəki Kişanqanqa bəndində analoji tədbirlər görməyi planlaşdırır.
Qeyd edək ki, hər iki bəndin istifadəsi Hindistan və Pakistan arasında uzun müddətdir mübahisə mövzusudur.