Helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var
9
09:40 - 04 May 2025

Çinin şərqində yerləşən Suçjou şəhərində helikopter qəzası nəticəsində bir nəfər ölüb, dörd nəfər isə yaralanıb.
TNS xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, qəza "Robinson R44 II" markalı helikopterin təxminən 10 metr yüksəklikdən yerə çırpılması nəticəsində baş verib.
Həlak olan şəxs yerdə olub. Helikopterdə olan dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.