Pakistan uzaqmənzilli raketi sınaqdan keçirib
5
09:20 - 04 May 2025

Pakistan Hindistanla artan gərginlik fonunda uzaqmənzilli raketi sınaqdan keçirib.
TNS xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pakistan hərbçilərinə istinadən məlumat yayıb.
"Abdali” yer-yer raketinin buraxılışı qoşunların əməliyyat hazırlığının təmin edilməsi və əsas texniki parametrlərin sınaqdan keçirilməsi məqsədi daşıyıb. Təlim silahın naviqasiya sisteminin və manevr xüsusiyyətlərinin sınaqdan keçirilməsi çərçivəsində keçirilib", - məlumatda deyilir.