Close

Təyyarə yaşayış evlərinə çırpılıb

ABŞ-ın Kaliforniya ştatının Simi-Velli şəhərində "Vans RV-10" markalı təyyarə yaşayış evlərinin üzərinə düşüb.

TNS xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Qəza nəticəsində iki evə ziyan dəyib və yanğın baş verib.

Məlumata görə, təyyarənin pilotu qəza zamanı həyatını itirib.