Close

Dini festival zamanı 6 nəfər öldü

Hindistanın Goa ştatında yerləşən məbəddə keçirilən dini festival zamanı yaranan izdiham nəticəsində azı 6 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb.

TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yaralanan 10 nəfərin vəziyyətinin kritik olduğu və yerli xəstəxanada müalicə aldıqları qeyd olunub.

Baş nazir Narendra Modi həlak olanlarla bağlı başsağlığı verib.