İspaniya və Portuqaliyadan sonra Bali adası da qaranlığa qərq oldu
8
23:50 - 02 May 2025

İndoneziyanın Bali adasında kütləvi elektrik kəsintisi qeydə alınıb.
TNS "Jakarta Globe" və "Indonesia Expat"a istinadən xəbər verir ki, elektrik kəsintisi adanın böyük hissəsini əhatə edib.
Dövlət energetika şirkəti Yava adasından Baliyə uzanan sualtı elektrik kabelinin zədələnməsinin kütləvi elektrik kəsintisinə səbəb olduğunu açıqlayıb.
Bildirilir ki, artıq elektrik təchizatının təxminən 50%-i bərpa edilib.
Xatırladaq ki, 28 apreldə İspaniya və Portuqaliya da genişmiqyaslı elektrik kəsintisi ilə üzləşib.