İsrail ordusu Suriyada Prezident Sarayı yaxınlığındakı hədəfi vurub
9
21:00 - 02 May 2025

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə Prezident Sarayı yaxınlığındakı bir hədəfi vurub.
TNS xəbər verir ki, bu haqda İsrail dövlət televiziyası KAN məlumat verib.
"Dəməşqdə Prezident Sarayı yaxınlığındakı hədəfə hücum təşkil etdik. Bu, Suriya rejiminə açıq bir mesajdır. Dürzi icması üçün heç bir təhlükəyə icazə verməyəcəyik ", - televiziyanın ordunun mətbuat xidmətinə istinadən yaydığı məlumatda deyilir.