Close

09:37
03 May 2025
09:11
03 May 2025

İranın Suriya üçün "Marşal planı" - VİDEO

Ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin süqutundan az sonra "Reuters" informasiya agentliyinin müxbirləri İranın Dəməşqdəki səfirliyinə baş çəkiblər. Səfirlik həmin vaxt bərbad vəziyyətdə olub və çoxlu sənədlər yerə səpələnibmiş.

TNS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, "Reuters" müxbirləri eyni zamanda İranın Suriyadakı yumşaq güc mərkəzlərinə, o cümlədən diplomatik, iqtisadi və mədəniyyət ofislərinə səfər zamanı geniş sənədlər toplusu əldə ediblər. Onlar ticarət müqavilələri, iqtisadi planlar və rəsmi yazışmalar da daxil olmaqla 2000-ə yaxın sənədin şəklini çəkiblər, daha sonra həmin sənədləri təhlil etmək üçün süni intellekt texnologiyasından istifadə ediblər.

"Dünən, mayın 1-də "Reuters" bu təhlilin nəticəsi olan xüsusi hesabatda İranın Suriyanın yenidən qurulması üçün iddialı iqtisadi planını işıqlandırıb. Hesabat "İranın Suriyada imperiya ambisiyaları vardı. Səfirliyin məxfi sənədləri bunun niyə uğursuzluğa düçar olduğunu göstərir" başlığı ilə dərc edilib.

2022-ci ilin may ayında İranın Suriyadakı səfirliyinin siyasi-iqtisadi şöbəsi tərəfindən 33 səhifəlik rəsmi araşdırma şəklində hazırlanmış proqramda bir neçə dəfə ABŞ-nin "Marşal planı"na istinad edilir. İranın Dəməşqdəki səfirliyinin hesabatında deyilir ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ-nin Marşal planı "iqtisadi, siyasi və sosial-mədəni bağlılıq yaratmaqla" Avropanı ABŞ-dən asılı vəziyyətə salmağa müvəffəq olub.

Aydın olur ki, İran da eyni yanaşmanı Yaxın Şərqdə tətbiq etməyə və çoxsaylı müharibələr nəticəsində dağılmış Suriyanı yenidən qurmağa çalışıb. Qeyd olunan strateji hesabatda təklif olunub ki, İran iqtisadi imperiya qurmaq yolu ilə Suriya üzərində təsirini artıraraq, onu özünün "peyk dövlət"inə çevirsin", - deyə süjetdə qeyd olunur.