Neft emalı zavodunda yanğın baş verib
12
19:00 - 02 May 2025

Norveçin Monqstad şəhərindəki neft emalı zavodunda yanğın baş verib, hadisə yerində təxliyə işləri aparılır.
TNS xəbər verir ki, bu barədə NRK teleradio şirkəti yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
"Yanğınsöndürmə xidməti Mongstaddakı neft emalı zavodunda transformatorun yanması barədə məlumat verib. Hazırda obyektdə təxliyə işləri aparılır. Xəsarət alanlar barədə məlumat verilməyib", - teleradio şirkətinin məlumatında bildirilib.