Güclü qar yağdı - 400-dən artıq ev işıqsız qaldı
28
17:00 - 02 May 2025

May ayında yağan anomal qar Moskva vilayətində 400-dən çox yaşayış məntəqəsini işıqsız qoyub.
TNS xəbər verir ki, bu barədə Moskva vilayəti prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Moskva vilayətinin Klinsk, Solneçnoqorsk, İstra, Volokolamsk, Dmitrov və Taldom rayonlarında elektrik enerjisində fasilələr qeydə alınıb.
Hazırda elektrik enerjisinin bərpa işləri davam edir, vəziyyət hakimiyyət srukturlarının nəzarətindədir.