Close

Məktəblərdə telefon qadağan edildi

Dünən Finlandiya parlamenti məktəblərdə mobil telefonlardan istifadəni qadağan edən qərar qəbul edib.

TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, avqustun 1-dən qüvvəyə minəcək qanunla dərs vaxtlarında mobil cihazların istifadəsi məhdudlaşdırılacaq və buna ciddi nəzarət olunacaq.

Şagirdlər ondan yalnız müəllimin icazəsi ilə təcili hallarda, sağlamlıqla bağlı və ya öyrənmə məqsədilə istifadə edə biləcək.