ABŞ İrana görə türk şirkətinə sanksiya tətbiq etdi

ABŞ prezidenti Donald Trampın başlatdığı əlavə vergi müharibələri dünya gündəmində qalarkən, Vaşinqton tərəfindən maraqlı sanksiya qərarı verilib. Bayden dövründə Rusiyaya qarşı tətbiq edilən embarqolar Trampın İran sanksiyaları ilə əvəzlənib. Tramp administrasiyası İrana qaçaqmalçılıq iddialarına görə bir çox şirkətə qarşı sanksiyalar tətbiq edib.
Türkiyənin nəhəng şirkəti Kimpaş Kimya da İranla 15 milyon dollar dəyərində neft ticarəti etdiyi iddiası ilə bu sanksiya siyahısına salınıb.
TNS xəbər verir ki, qərar ABŞ Dövlət Katibi Marko Rubio tərəfindən açıqlansa da, təfərrüatlar Dövlət Departamentinin rəsmi saytında da yer alıb.
Bəyanatda deyilir ki, sansiya tətbiq olunan şirkətlər İran adından təxminən 500 milyon dollar dəyərində neft-kimya məhsulları və neft məhsullarını qaçaqmalçılıq yolu ilə keçiriblər ki, bu da sərt rejimə nüvə proqramını inkişaf etdirməyə və terrorçu tərəfdaşlarını və Yəməndəki üsyançıları, o cümlədən HƏMAS, Hizbullah və Husi üsyançılarını dəstəkləməyə imkan verib.