Bank proqramlarında rus dili ləğv edilir

Latviya Seyminin (birpalatalı parlament) Büdcə və Maliyyə Komitəsi mobil bank proqramlarında rus dilindən istifadəni qadağan edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.
TNS xəbər verir ki, bu barədə LSM dövlət televiziya və radio portalı məlumat yayıb.
Məlumata görə, təşəbbüs bank müştərilərinin qarşılıqlı əlaqədə olduğu bütün sənədlərin və rəqəmsal interfeyslərin, o cümlədən mobil proqramlar, veb-saytlar və zəng mərkəzi operatorları ilə əlaqənin latış dilində olmasını nəzərdə tutur.
Qanun layihəsinin təşəbbüskarlarının fikrincə, hazırda Baltikyanı respublikanın maliyyə sektorunda rus dilindən fəal istifadə olunur və bu, ölkədə latış dilinin mövqeyini zəiflədir.
2024-cü ilin sentyabrında Latviya Seymi “Kredit təşkilatları haqqında” qanuna ölkənin bankomatlarında rus dilindən istifadəni qadağan edən düzəlişlər qəbul edib. Dəyişikliklər bu il yanvarın sonunda qüvvəyə minib.