Close

Druzlar silahlarını təhvil verirlər

Druzların Dəməşq ətrafındakı Caramana bölgəsindəki nümayəndələri Suriya rejiminin nümayəndələri ilə əllərində olan ağır silahların rejimə təhvil verilməsi və bölgədə rejimin təhlükəsizlik qüvvələrinin gücləndirilməsi üçün müqavilə imzalayıblar.

TNS xəbər verir ki, bu barədə Dəməşq üzrə təhlükəsizlik idarəsinin rəhbəri Hossam əl-Tahan bildirib.

Müqaviləyə əsasən, lisenziyasız silahlar müəyyən müddətdən sonra səlahiyyətli orqanlara təhvil veriləcək.

Həmçinin, dünən gecə Suriyanın cənubunda druzların qalası olan Əs-Suveyda vilayətinin qubernatoru Bəşər Əsədin devrilməsindən və Əhməd əl-Şəraanın hakimiyyətə gəlməsindən sonra ilk dəfə Suriyanın rəsmi təhlükəsizlik qüvvələrinin əraziyə daxil olmasına icazə verən razılaşmanı açıqlayıb.