Güclü zəlzələ oldu - Dağıntı və tələfat...
587
09:34 - 02 May 2025

Rusiyanın Dağıstan Respublikasının Qızılyurd rayonunda zəlzələ olub.
TNS xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ 4.3 maqnitudada olub. Yeraltı təkanın yerli vaxtla 05:49-da İnçxa kəndi yaxınlığında qeydə alındığı bildirilir. Zəlzələnin yeraltı ocağı 10 km dərinlikdə olub. Qeyd edilir ki, yerin səthində zəlzələ hiss olunmayıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.