Close

Zəncirvari qəza baş verdi: çox sayda ölən və yaralanan var

Filippində ödənişli avtomagistralda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in xəbərinə görə, bu barədə "GMA News" agentliyi məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 6-sı uşaq olmaqla, 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

"Avtobus gediş haqqını ödəmək üçün növbəyə dayanmış qarşıdakı furqona çırpılıb. Furqon kompakt yolsuzluq avtomobili ilə toqquşub, yolsuzluq avtomobili isə traktorun ön hissəsinə çırpılıb. Daha sonra traktor qabaqda dayanmış digər yolsuzluq avtomobilinə dəyib", - deyə məqalədə bildirilib.

Agentliyin məlumatına görə, ölənlərdən 10-u furqonda, ikisi isə yolsuzluq avtomobilinin içində olub. Furqonun sürücüsünün vəziyyəti də kritikdir.