Trampın mesajından sonra Danimarkada müharibə hazırlığı başladı

Kopenhagen ölkənin ticarət donanmasının həm üçüncü ölkələrdə, həm də Danimarkanın özünün iştirakı ilə baş verə biləcək hərbi münaqişələr zamanı qorunması üçün sığorta tədbirləri görmək niyyətindədir.
TNS xəbər verir ki, bu barədə “Ritzau” agentliyi məlumat yayıb.
Yeni qanun layihəsinə əsasən, Danimarka Müharibə Sığortası İnstitutuna büdcədən 6 milyard kron (təxminən 900 milyon ABŞ dolları) məbləğində kredit ayrılması nəzərdə tutulur. Bu vəsait donanmaya dəyən potensial zərərin ödənilməsi üçün istifadə ediləcək. Qeyd edilir ki, sülh dövründə institut heç bir xərc tələb etməyəcək.
Danimarkanın biznes naziri Morten Bedskov təşəbbüsün strateji əhəmiyyətini vurğulayıb: “Müharibə vəziyyətində Danimarka ticarət donanmasının fəaliyyətini davam etdirə bilməsi çox vacibdir. Bu qərar lazımi təftişin aparılması ilə bağlıdır”.
Xatırladaq ki, qərar dünyada artan geosiyasi gərginlik fonunda qəbul olunub. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ilhaqı ideyasını gündəmə gətirmiş, amma Danimarka rəhbərliyi bu bəyanatlara sərt reaksiya vermiş və adanın statusuna dair dəyişiklikləri istisna etmişdi. ABŞ Prezidenti bundan sonra nə yolla olur-olsun, adanın ilhaq edildiyini açıqlamışdı.