Close

Rusiyalı müğənni Ukraynada necə klip çəkdirib? - VİDEO

Rusiyalı müğənni Valeriya Ukraynada şəhər xarabalıqları fonunda “Vətən haradan başlayır” mahnısını ifa edib.

TNS Strana.ua-ya istinadən xəbər verir ki, Ukraynanın Mədəniyyət Nazirliyi sənətçinin çəkiliş üçün Ukrayna sərhədini keçib-keçmədiyini öyrənmək məqsədilə Təhlükəsizlik Xidmətinə müraciət edib.

Müraciətin təşəbbüskarı Ukraynanın mədəniyyət naziri Nikolay Toçitski olub.

O qeyd edib ki, Valeriyanın Ukrayna sanksiyalarını pozduğu üzə çıxarsa, ona qarşı cinayət işinin açılması tələb ediləcək.