Close

İsraildə yanğınlarla bağlı 18 nəfər saxlanılıb

İsraildə genişmiqyaslı meşə yanğınlarını törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

TNS xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Benyamin Netanyahuya istinadən “The Jerusalem Post” yayıb. 

Bildirilib ki, həmin şəxslərdən biri hadisə yerində saxlanılıb. 

Xatırladaq ki, İsrail bir neçə gündür meşə yanğınları ilə mübarizə aparır. Bu gün bir neçə ölkənin İsrailə yanğını söndürmək üçün təyyarə və helikopter göndərəcəyi gözlənilir.