Close

Jurnalistin daxili orqanları çıxarılıb

Ukraynalı jurnalist Viktoriya Roşçinanın Rusiya-Ukrayna arasında sonuncu məbhus mübadiləsi zamanı  qaytarılan cəsədində  çoxsaylı işgəncə izləri aşkarlanıb və daxili orqanlarının bəzilərinin çıxarıldığı iddia olunub.

TNS xəbər v erir ki, “Sərhədsiz Reportyorlar” (RSF) və Ukraynanın “Slidstvo.İnfo” agentliyinin birgə araşdırması nəticəsində məlum olub 27 yaşlı jurnalist 2023-cü ildə Enerqodar şəhərində saxlanılıb, sonra isə bir müddət Melitopolda saxlanılıb.

Jurnalist daha sonra Rusiyanın Taqanroq şəhərindəki həbsxanaya köçürülüb və orada işgəncələrə məruz qalıb.

Bu müddət ərzində Roşçinanın səhhəti ciddi şəkildə pisləşib, çəkisi 30 kiloqramdan aşağı düşüb və sonda xəstəxanaya yerləşdirilib. Lakin bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Jurnalistin ölümü 2024-cü ilin sentyabrın 19-da ailəsinə göndərilən rəsmi bildirişlə öyrənilib.