Milyarderin arvadı ərinin hədiyyəsini bəyənməyib
10
12:36 - 01 May 2025

Məşhur milyarder Mark Zukerberqin həyat yoldaşı keçən il ərinin ona hədiyyə etdiyi nəhəng Roma üslublu heykəlini bəyənməyib.
TNS xəbər verir ki, bu barədə Zukerberq “This Past Weekend” verilişində bildirib.
O qeyd edib ki, həyat yoldaşı öz heykəlinin evin qarşısında yaşıllıqda olmasını istəmir.
Keçən yay “Instagram” paylaşımında sənət əsərini ictimaiyyətə təqdim edən texnologiya maqnatı Romanın qadın heykəllərini yaratmaq ənənəsini geri gətirdiyini yazmışdı.