Close

5 bal gücündə zəlzələ oldu

İranda 5 maqnitudalı zəlzələ olub.

TNS xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində baş verib. Yeraltı təkanların qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edildiyi qeyd edilib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.