Close

Pakistan ordusuna məhv etmə əmri verildi

Pakistan Silahlı Qüvvələrinə "labüd təhdidlər" yaradan hədəfləri qabaqlayıcı şəkildə məhv etmək hüququ verilib.

TNS xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri ölkə ordusu ilə əlaqəli mənbələrə istinadən məlumat paylaşıb.

Bildirilir ki, bu cür zərbələr ölkənin təhlükəsizliyi üçün labüd təhdid barədə etibarlı məlumat olanda endiriləcək.

Pakistanın xarici işlər naziri İshaq Dar ölkə parlamentində çıxış edərkən bu məlumatı təsdiqləyərək bildirib:

"Pakistan zərbəni birinci endirməyəcək, amma geri də çəkilməyəcək".

Qeyd edək ki, Hindistan-Pakistan münasibətlərində gərginlik aprelin 22-də baş vermiş terror aktından sonra baş verib. Cammu və Kəşmir bölgəsində baş verən atışmada 26 nəfər ölüb. Hindistan Pakistanı hücumda iştirakda ittiham edir. İslamabad, öz növbəsində bunu inkar edir və müstəqil araşdırma aparılmasını tələb edir.