Müstəqillik Günü ilə bağlı tədbirlər ləğv edilir
29
17:20 - 30 Aprel 2025

İsrailin Aşkelon, Beer-Şeva, Modiin və digər şəhərlərində hava şəraiti və yanğınlar səbəbindən Müstəqillik Günü ilə bağlı tədbirlər ləğv edilir.
TNS xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Bildirilib ki, yanğınlar nəticəsində azı yeddi nəfər xəsarət alıb. Yaralananlar arasında iki körpə var.
Yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.