Close

10:46
09 May 2025

"Borcumuz çoxdur, onları maliyyələşdirə bilməyəcəyik"

Böyük məbləğdə dövlət borcu olduğunua görə ABŞ artıq Avropanın təhlükəsizliyini maliyyələşdirə bilməyəcək.

TNS xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “New York Post”a müsahibəsində bildirib.

"33 trilyon dollarlıq borcu olan Birləşmiş Ştatlar sözün əsl mənasında Avropanın təhlükəsizliyini artıq subsidiyalaşdıra bilməz”,- Uolts deyib.

Onun sözlərinə görə, yalnız Norveç və Finlandiya müdafiə xərclərini artırıb, İspaniya, Kanada və İtaliya kimi digər NATO ölkələri isə "son dərəcə az" xərcləyirlər. Vaşinqton onlardan maliyyəni artırmağı tələb edəcək.

“Biz müttəfiqlərimizdən öz ədalətli paylarını ödəmələrini və yükü ABŞ ilə  bölüşmələrini tələb etməyə davam edəcəyik”, - müşavir qeyd edib.